Kremldən Paşinyana cavab: "Xəbərdarıq. Aydınlaşdırırıq"
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat təmsilçisi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın təşkilatın İrəvanın suallarına cavab verməyəcəyi təqdirdə Ermənistanın KTMT-dən çıxacağı barəsində bəyanatından Kremlin xəbərdar olduğunu söyləyib.
Peskov deyib: "Sözsüz ki, biz bu bəyanatları eşitmişik. Qarşıda böyük iş var. Biz erməni tərəfdaşlarımızla həm KTMT çərçivəsində, həm də ikitərəfli səviyyədə təmasda olmalıyıq. Baş nazirin bəyanatları ilə bağlı danışıqlar aparacaq və vəziyyəti aydınlaşdıracağıq".
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransındakı çıxışında KTMT-nin İrəvanın qaldırdığı suallara cavab verməyəcəyi təqdirdə Ermənistanın qurumu tərk edəcəyini bildirib.
Paşinyan deyib: "KTMT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandakı məsuliyyət zonasının harada olduğu sualına cavab versə və bu cavab Ermənistanın baxışına uyğun olsa, hesab edəcəyik ki, bizim aramızdakı bu məsələ öz həllini tapıb. Əgər belə olmazsa, Ermənistan KTMT-dən çıxacaq".
Hürr Tərcüman