📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov təsdiqlədi: "İrəvandan bildiriş almışıq" - rus hərbçiləri qovulur

2024-03-12 14:03:21

Peskov təsdiqlədi:

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın İrəvandan Rusiya hərbçilərinin "Zvartnots" aeroportundakı xidmətinə son qoyulması barəsində bildiriş aldığı ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasını təsdiqləyib. 
TASS informasiya agentliyinin məlumatına görə, Kremlin təmsilçisi İrəvanla təmasların davam etdiyini söyləyib.
Peskov deyib: "Həqiqətən də bununla bağlı rəsmi məktub alınıb və hazırda təmaslar davam edir. Bundan artıq məlumat verə bilmərəm".
Hürr Tərcüman