Rusiya heyəti artıq İstanbuldadır, Ukraynanın da iştirakı ilə dördtərəfli görüş keiriləcək
2022-07-13 12:51:00
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri bu gün İstanbul şəhərində Ukrayna limanlarındakı gəmilər üçün taxıl dəhlizi açılması məsələsini müzakirə edəcəklər. Rusiya heyətinin artıq İstanbul şəhərinə gəldikləri bildirilir.
Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dünənki açıqlamasında bu gün İstanbul şəhərində BMT-nin təmsilçilərinin də müşahidəçi qismində iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətlərinin görüşü keçiriləcəyini xəbər vermişdi.
Hürr Tərcüman