📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Mərkəzi Afrika Respulikasını talayır? – “Bircə aya 132 min avroluq almaz aparılıb”

2022-12-02 18:45:00

Rusiya Mərkəzi Afrika Respulikasını talayır?  –  “Bircə aya 132 min avroluq almaz aparılıb”

“Putinin aşbazı”  Yevgeni Priqojinin muzdluları Afrikanı talayırlar

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Mərkəzi Afrika Respublikasından Belçikaya almaz və ağac daşıdığı bildirilir. Təkcə 2019-cu ilin noyabrında saxta “Diamville” şirkətinin vasitəçiliyi ilə Belçikaya 132 min avroluq almaz ixrac elədiyi iddia edilir. Bu barədə məqalə Belçikanın “De Standaard” nəşrində dərc edilib. Məlumatı Mərkəzi Afrika Respubliksının paytaxtı Banqi şəhərində almaz ticarəti sahəsindəki beş mənbə təsdiqləyib.

“Diamville” şirkətinin ağac ixracı ilə məşğul olan “Bois Rouge” şirkəti ilə eyni gündə təsis edildiyi və “Vaqner” şirkətinin əməllərini ört-basdır eləmək üçün meydana çıxdığı qeyd edilir.

Hürr Tərcüman