Rusiyanın separatçıları tanıması beynəlxalq hüququn tapdalanması demək olacaq – NATO-nun Baş katibi
2022-02-15 17:40:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın qondarma Donetsk və Luqank Xalq Respublikalarını tanıyacağı təqdirdə, beynəlxalq hüququ pozacağını və münaqişənin Minsk razılaşmaları çərçivəsində nizamlanmasını çətinləşdirəcəyini bildirib.
Stoltenberq bu açıqlamanı bu gün Brüsseldə keçirilən mətbuat konfransında verib: “Bunun baş verməsi Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin növbəti dəfə kobud şəkildə pozulması demək olacaq. Çünki Donetsk ilə Luqansk Ukraynanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilindədir. Ona görə də, onların tanınması həm beynəlxalq hüququn, həm də Minsk razılaşmalarının pozulması demək olacaq”.
Hürr Tərcüman