📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə XİN Kərkükdə türkmən liderin qətli ilə bağlı bəyanat verdi

2023-03-03 22:51:00

Türkiyə XİN Kərkükdə türkmən liderin qətli ilə bağlı bəyanat verdi

XİN İraq hökumətini cinayətkarları cəzasız qoymamağa çağırıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə İraq Türkmən Cəbhəsinin (İTC) liderlərindən biri olmuş Əhməd Tahirin qətlini qınayıb. Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Tanju Bilgiç bəyanat verib. Bəyanatda deyilir: “İraq Türkmən Cəbhəsinin Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri ƏhmədTahirin martın 3-də Kərkükdə sui-qəsd nəticəsində öldürülməsi xəbəri bizi dərindən kədərləndirib”.

Nazirliyin açıqlamasında baş verən hadisə təkcə “İraq xalqının əsas tərkib hissələrindən olan türkmən icmasının sülh və təhlükəsizliyinə deyil, həm də bütövlükdə ölkənin sabitliyininə yönəlmiş terror aktı” adlandırılıb.

Türkiyə XİN İraq hakimiyyətini dərhal bu cinayəti törədənləri tapmağa və məsuliyyətə cəlb eləməyə çağırıb.

Xəbər verdiyimiz kimi, İTC-nin rəhbəri Həsən Turan Əhməd Tahirin avtomobilinə quraşdırılmış bombanın partlaması nəticəsində həlak olduğunu bildirib.

Hürr Tərcüman